Yeni müqaviləyə imza at, ən çox maaşı sən al! – Premyer Liqa klubunun qərarı

8 Sentyabr 2024 10:15 İngiltərə 675
Yeni müqaviləyə imza at, ən çox maaşı sən al! – Premyer Liqa klubunun qərarı

“Mançester Siti” hücumçu Erlinq Haalandla müqaviləni uzatmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

“Marca” nəşri yazıb ki, Mançester təmsilçiləri norveçli oyunçunun komandadakı gələcəyini müzakirə etmək üçün agent Rafaela Pimenta ilə artıq bir neçə görüş keçirib.

Müqavilə bağlanarsa, Haaland mövsümdə 24 milyon avro məvaciblə Kevin De Brüyneni keçərək klubda ən çox maaş alan futbolçu olacaq.

Futbolçu 2022-ci ilin yayından “Mançester Siti”də oynayır. Onunla “Real”ın maraqlandığı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda