İspaniyanın iki top-klubunun maraq dairəsindədir

6 İyul 2024 12:20 İngiltərə 761
İspaniyanın iki top-klubunun maraq dairəsindədir

İngiltərə millisinin və “Kristal Pelas”ın müdafiəçisi Mark Quehi İspaniyanın iki top-klubunun maraq dairəsindədir.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Barselona” 23 yaşlı futbolçu ilə maraqlanır.

Lakin maliyyə çətinlikləri Kataloniya klubunun bu oyunçunu almasına mane ola bilər.

“Real” ingiltərili müdafiəçinin transferində daha iddialı hesab olunur. Quehinin transfer dəyəri 38 milyon avro olaraq qiymətləndirilir.

Quehi ilə klubu arasındakı müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, hazırda Avropa çempionatında İngiltərə millisində çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti