"O, İngiltərədə “qızıl top”u qazanmağa əsas namizəddir”

22 Fevral 00:20 İngiltərə 190
"O, İngiltərədə “qızıl top”u qazanmağa əsas namizəddir”

“Brentford”un baş məşqçisi Tomas Frank ingilis futbolçular arasında hansını “qızıl top” mükafatını qazanmağa əsas namizəd hesab etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ingiltərəli mütəxəssis “Mançester Siti”nin hücumçusu Fil Fodenin böyük potensialı olduğunu bildirib:

“Məncə, Foden İngiltərədə “qızıl top”u qazanmağa əsas namizəddir. Onun böyük potensialı var, yüksək səviyyəyə malikdir.

Düşünürəm ki, o, bir çox cəhətdən komandasının çıxışına təsir edə bilir. O, driblinqi çox yaxşı bacarır və həm də çox gərgin məşq edir”.

Foden “Mançester Siti”nin yetirməsidir və 2016-cı ildən əsas komandada çıxış edir. 23 yaşlı futbolçu “şəhərlilər”lə UEFA Çempionlar Liqası da daxil olmaqla 16 kubok qazanıb.

O, bu mövsüm bütün yarışlarda 36 oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!