“Trabzonspor”un futbolçusu Abdulkadir Ömür “Hall Siti”yə keçib.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi İngiltərə klubu ilə 3,5 illik müqavilə imzalanıb.
TV8 kanalının rəhbəri, türkiyəli məşhur aparıcı Acun Ilıcalının rəhbəri olduğu “Hall Siti” bu transferə görə “Trabzonspor”a 6 milyon avro təzminat ödəyəcək.
Abdulkadir Ömür Super Liqa təmsilçisinin heyətində 211 matçda 25 qol vurub və 36 məhsuldar ötürmə edib.

