"İndi divanda dincələ bilirəm, televizora baxıram, heç nə haqqında düşünmürəm".

1 Fevral 2024 21:40 İngiltərə 547
"İndi divanda dincələ bilirəm, televizora baxıram, heç nə haqqında düşünmürəm".

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”da işlədiyi vaxtları xatırlayıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis həmin dövrdə istirahət vaxtlarında belə, futbolla məşğul olduğunu deyib:

“Mən başlayanda sözün əsl mənasında futbola aludə idim. İndi divanda dincələ bilirəm, televizora baxıram və heç nə haqqında düşünmürəm.

Bu, faydalıdır, çünki belə fasilələrdən sonra geri qayıtmaq istəyi artır. Əvvəllər daim futbol haqqında düşünürdüm, mənə elə gəlirdi ki, nəyisə görmürəm.

Buna görə də yanaşmam kifayət qədər peşəkar deyildi. İndi başa düşürəm ki, mən bu barədə yanılmışam”.

Qvardiola 2008-2012-ci illərdə “Barselona”nın baş məşqçisi olub. O, Kataloniya klubu ilə 3 dəfə liqa, 2 dəfə kral kubokunu qazanıb,

Çempionlar Liqası, UEFA superkuboku və Klublararası dünya çempionatının da qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti