İngiltərə Premyer Liqasında 22-ci turun görüşləri keçirilib.
Sportinfo.az xəbər verir ki, turun mərkəzi matçında "Liverpul" doğma meydanda "Çelsi"ni qəbul edir.
Qarşılaşma Mersisayd təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 51-ə yüksəldən "Liverpul" çempionatın lideridir. 31 xalı olan "Çelsi" isə 10-cu yerdədir.
"Liverpul" - "Çelsi" 4:1
Qollar: Dieqo Jota, 23, Konor Bredli, 39, Domonik Soboslai, 65, Luis Dias, 79 - Kristofer Nkunku, 71

