Zinəddin Zidanın işsiz günləri başa çatmaq üzrədir.
Sportinfo.az xəbər verir ki, “Liverpul” rəhbərliyi fransalını baş məşqçi postuna təyin etmək istəyir.
İngiltərə klubunun təmsilçiləri artıq "Real"ın sabiq çalışdırıcısının Premyer Liqada işləməyə hazır olub-olmadığını öyrənmək üçün onun ətrafı ilə əlaqə saxlayıb.
Xatırladaq ki, yanvarın 26-da “Liverpul”un baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.
Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını açıqlayıb. 56 yaşlı alman mütəxəssis 2015-ci il oktyabrın 8-də İngiltərənin "Liverpul" klubunu çalışdırırdı.
Xabi Alonso da “Liverpul”un baş məşqçi postuna əsas namizədlərdən hesab edilir.

