"Liverpul"un kapitanı və müdafiəçisi Vircil van Deyk Yurgen Kloppun baş məşqçi postundan ayrılmasından sonra komandada qalıb-qalmayacağını hələ ki, bilmir.
Sporinfol.az xəbər verir ki, niderlandlı məsələ haqda qısa danışıb:
"Mən "Enfild"də növbəti dövrün bir hissəsi olacağam? Bu, böyük sualdır. Bilmirəm.
Komandada qalıb-qalmayacağımı da bilmirəm. Yalnız zaman hər şeyi göstərəcək".
32 yaşlı futbolçu 2018-ci ildən “Liverpul”da çıxış edir. Onun bu klubla müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
Yurgen Kloppun isə mövsümün sonunda Mersisayd klubunu tərk edəcəyi dəqiqləşib.

