“Arsenal”ın baş məşqçisi Mikel Arteta bu mövsümün sonunda “Barselona”ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu iddiaları təkzib edib:
“Bu xəbərlərin hamısı yalandır. Yayılan şayiələrə görə təəssüflənirəm. Hazırda “Arsenal”a köklənmişəm. Burada görəcəyimiz çox iş var”.
Kataloniya təmsilçisinin hazırkı baş məşqçisi Xavi bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

