Astronomik təkliflərə “yox” deyən Mourinyonun yeni iş yeri – Premyer Liqa

30 Yanvar 2024 18:20 İngiltərə 843
Astronomik təkliflərə “yox” deyən Mourinyonun yeni iş yeri – Premyer Liqa

Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edən Joze Mourinyonun yeni iş yeri açıqlanıb.

Sportinfo.azz xəbər verir ki, portuqaliyalı məşqçi yenidən Premyer Liqaya qayıtmağa hazırlaşır.

Avropada qalmaq istədiyi üçün Səudiyyə Ərəbistanından gələn astronomik təklifləri rədd edən portuqaliyalı çalışdırıcının "Liverpul"un baş məşqçisi olacağı irəli sürülüb.

Mourinyo daha əvvəl İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb.

Premyer Liqada ümumilikdə 362 matça məşqçi kimi çıxan Mourinyo bu görüşlərdə 217 qələbə, 84 heç-heçə və 61 məğlubiyyətə imza ataraq orta hesabla 2,03 xal qazana bilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti