Kərimi transfer etmək istəmədi - Paytaxt təmsilçisi

30 Yanvar 2024 01:30 İngiltərə 823
Kərimi transfer etmək istəmədi - Paytaxt təmsilçisi

"Əl-İttihad"ın hücumçusu Kərim Benzemanın "Çelsi"yə keçidi baş tutmayacaq.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi fransalı forvardı transfer etmək istəməyib.

"Çelsi" Benzemanın yaşının və maaşının çox olması səbəbindən onu heyətinə qatmaqdan imtina edib.

Kərim Benzema mövsümün əvvəlində azad agent statusu ilə "Əl-İttihad"a keçib.

36 yaşlı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti