İdman direktoru da gedir… Premyer Liqa klubunda növbəti ayrılıq

28 Yanvar 2024 20:50 İngiltərə 2 451
İdman direktoru da gedir… Premyer Liqa klubunda növbəti ayrılıq

“Liverpul”un idman direktoru Yorq Şmadtke qış transfer pəncərəsi bağlandıqdan sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Şmadtke ötən ilin iyunundan Mersisayd təmsilçisinin idman direktoru vəzifəsini icra edib.

Onun vaxtında klub “Leyptsiq”dən yarımmüdafiəçi Dominik Soboslai, “Bayern”dən Rayan Qravenberç və “Ştutqart”dan Vataru Endonu alıb.

Bu mövsüm İngiltərə Premyer Liqasının 21 turundan sonra “Liverpul” 1-ci pillədə qərarlaşıb.

Baş məşqçi Yurgen Klopp da bu mövsümün sonunda klubdan ayrılacağını bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti