İspaniyalı üçün 60 milyon avro ödəyəcəklər

25 Yanvar 2024 22:00 İngiltərə 821
İspaniyalı üçün 60 milyon avro ödəyəcəklər

“Arsenal” yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi “Real Sosyedad”da çıxış edən Martin Zubimendinin transferini yekunlaşdırmaq üzrədir.

İngiltərə klubu 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün La Liqa təmsilçisinə 60 milyon avro təzminat ödəyəcək.

Zubimendi “Real Sosyedad”ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 30 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti