Millinin oyunçusu üçün 60 milyon avro ödəyəcək – Paytaxt təmsilçisi

25 Yanvar 2024 01:40 İngiltərə 699
Millinin oyunçusu üçün 60 milyon avro ödəyəcək – Paytaxt təmsilçisi

"Arsenal" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Real Sosyedad"da çıxış edən Martin Zubimendinin transferini yekunlaşdırmaq üzrədir.

İngiltərə klubu 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün La Liqa təmsilçisinə 60 milyon avro təzminat ödəyəcək.

Martin Zubimendi "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 30 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti