“Aston Villa” “Srvena Zvezda”nın müdafiəçisi Kosta Nedelkoviçi transfer edib.
Sportinfo.az xəbər verir ki, müqavilə şərtlərinə əsasən, serbiyalı futbolçu cari mövsümün qalan hissəsini icarə əsasında “Srvena Zvezda”nın heyətində keçirəcək.
Nedelkoviç Serbiya klubunun yetirməsidir. O, əsas komandada 18 oyun keçirib, 2 məhsuldar ötürmə edib.

