“Santyaqo Bernabeu”da 1000-ci qalibiyyət - “Real” üçün tarixi oyun

24 Yanvar 2024 00:20 İngiltərə 496
“Santyaqo Bernabeu”da 1000-ci qalibiyyət - “Real” üçün tarixi oyun

“Real” La Liqada doğma meydanda yubiley qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Madrid klubu ötən gün evdə “Almeriya”nı 3:2 hesabı ilə məğlub edib.

Bu oyun “Santyaqo Bernabeu”da 1000-ci qalibiyyət olub.

Komandanın La Liqada çərçivəsində bu arenada ümumilikdə 1297 oyunu var. Heç bir La Liqa təmsilçisi hələ ki, bu göstəriciyə çata bilməyib.

“Real” hazırda 51 xalla La Liqaya başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti