“Mançester Yunayted” müdafiəçisi Aaron Van-Bissaka ilə yolları ayırmamaq qərarı verib.
Sportinfo.az xəbər verir ki, klub onu “İnter”ə sata bilərdi.
İtaliya təmsilçisi İngiltərə klubuna oyunçu mübadiləsini təklif edib. Ancaq “qırmızı şeytanlar” 26 yaşlı futbolçunu komandadan buraxmayıb.
Aaron bu mövsüm bütün turnirlərdə 17 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

