Premyer Liqanı Səudiyyə Ərəbistanına dəyişdi - Paraqvaylı

22 Yanvar 2024 18:40 İngiltərə 586
Premyer Liqanı Səudiyyə Ərəbistanına dəyişdi - Paraqvaylı

“Nyukasl”ın yarımmüdafiəçisi Migel Almiron karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportinfo.az yerli mətbuta istinadən xəbər verir ki, paraqvaylı futbolçunun “Əl-Şabab”a keçəcəyi gözlənilir.

29 yaşlı vingerin transferi ilə bağlı klublar arasında razılıq əldə olunub. Yaxın günlərdə keçidin rəsmiləşəcəyi gözlənilir.

“Nyukasl” Migel Almironu 2019-cu ilin yanvar ayında ABŞ-ın “Atlanta” klubundan transfer edib.

Paraqvay millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti