“Brayton” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Boka Xuniors”dan yarımmüdafiəçi Valentin Barkonu transfer edib.
“Brayton” 19 yaşlı vinger üçün Argentina klubuna 8 milyon funt-sterlinq təzminat ödəyib. Gənc oyunçu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözəlşmə imzalayıb.
Valentin Barko “Boka Xuniors”un yetirməsidir. Argentinalı futbolçu Buenos Ayres təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 35 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

