34 yaşlı tanınmış oyunçunu icarəyə verdi - Premyer Liqa təmsilçisi

20 Yanvar 2024 01:40 İngiltərə 726
34 yaşlı tanınmış oyunçunu icarəyə verdi - Premyer Liqa təmsilçisi

"Tottenhem" İvan Perişiçi icarəyə göndərib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı xorvat "Hayduk"la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli vinger mövsümün sonuna qədər Xorvatiya klubunda oynayacaq.

Perişiç "Tottenhem"lə 50 oyunda 1 qol, 14 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Tanınmış futbolçu "Soşo", "Brügge", "Borusiyya"(Dortmund), "İnter", "Volfsburq", "Bavariya" kimi komandalarda oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti