“Mançester Yunayted” “Real”ın vingeri Vinisius Junior üçün 150 milyon avro təklif etməyə hazırdır.
Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu Madrid təmsilçisini tərk etmək niyyətində deyil.
“Real” isə ən azı 250 milyon avro qarşılığında danışıqlara başlamağa hazır olacaq.
23 yaşlı oyunçu bu mövsüm klubun heyətində 16 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

