“Mən bu klubda uzun illər keçirmək istəyirəm”

18 Yanvar 2024 18:20 İngiltərə 621
“Mən bu klubda uzun illər keçirmək istəyirəm”

“Liverpul”un və Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallister karyerası ilə bağlı gələcək planlarından danışıb.

Sportinfo.az xəbər verir ki, o, “Liverpul”da uzun illər oynamaq istədiyini bildirib:

“Mən “Liverpul”da uzun illər keçirmək istəyirəm! Bu komandanı və bu şəhərdəki həyatımı çox bəyənirəm. Ümid edirəm ki, çox uzun müddət burada olacam”.

Makallister keçən yay 42 milyon avroya “Brayton”dan “Liverpul”a keçib. Yarımmüdafiəçi bu mövsüm mersisaydlıların heyətində bütün yarışlarda 21 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti