İsveçli hücumçu üçün 85 milyon avroluq təklif göndərdi - Paytaxt təmsilçisi

17 Yanvar 2024 18:40 İngiltərə 716
İsveçli hücumçu üçün 85 milyon avroluq təklif göndərdi - Paytaxt təmsilçisi

“Çelsi” yeni hücumçu almağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi “Sportinq”də çıxış edən Viktor Gyökeresin xidmətində maraqlıdır.

“Çelsi” isveçli forvard üçün Portuqaliya klubuna 80+5 milyon avroluq təklif göndərib.

Lissabonlular isə futbolçunu müqaviləsində yer alan 85 milyon avroluq sərbəstqalma məbləğindən aşağı qiymətə satmağı düşünmürlər.

“Sportinq” Viktor Gyökeresi mövsümün əvvəlində “Koventri”dən transfer edib. 25 yaşlı hücumçu komandanın heyətində meydana çıxdığı 24 matçda 20 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti