“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola keçmiş klubu “Barselona” haqqında danışıb.
Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis Kataloniya təmsilçisi haqda xoş sözlər deyib:
“Barselona” mənim ürəyimdəki klubdur. “Barselona” mənə çox şey verib.
Bu, mənim həyatımın bir hissəsidir. “Mançester Siti”yə gəlincə, bu klub çox adamın əməyi sayəsində böyüdü”.
Qvardiola məşqçilik karyerasına “Barselona”da başlayıb. O, 2008-2012-ci illərdə bu komandada baş məşqçilik edib.

