Braziliya klubuna 60 milyon avro ödəyəcək - Paytaxt təmsilçisi

15 Yanvar 2024 01:30 İngiltərə 623
Braziliya klubuna 60 milyon avro ödəyəcək - Paytaxt təmsilçisi

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirəcək.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi “Palmeyras”ın vingeri Estevao ilə müqavilə imzalamaq üçün razılığa gəlib.

Klub 16 yaşlı hücumçuya görə təxminən 60 milyon avro ödəyəcək. Artıq “Çelsi”nin nümayəndələri müqavilənin yekun detallarını həll etmək üçün Braziliyaya uçublar.

Estevaonun “Palmeyras”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Forvard Braziliya klubunun əsas heyətində cəmi 1 oyun keçirib.

O, ikinci komandanın heyətində isə 17 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti