Dekabrın ən yaxşı baş məşqçisi – Premyer Liqada

13 Yanvar 2024 15:40 İngiltərə 426
Dekabrın ən yaxşı baş məşqçisi – Premyer Liqada

“Aston Villa”nın baş məşqçisi Unay Emeri dekabrda İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis mükafat uğrunda mübarizədə Andoni İraola (“Bornmut”), David Moyes (“Vest Hem”) və Yurgen Klopp (“Liverpul”) kimi məşqçiləri qabaqlayıb.

2023-cü ilin noyabrında “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın ən yaxşı məşqçisi seçilmişdi.

Hazırda İngiltərə çempionatına 20 turdan sonra 45 xalla “Liverpul” başçılıq edir. Emerinin rəhbərlik etdiyi “Aston Villa” mersisaydlılardan 3 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti