30 milyon avroya mərkəz müdafiəçisi aldı – Premyer Liqa təmsilçisi

13 Yanvar 2024 00:00 İngiltərə 357
30 milyon avroya mərkəz müdafiəçisi aldı – Premyer Liqa təmsilçisi

“Tottenhem” heyətini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, London klubu “Cenoa”nın mərkəz müdafiəçisi Radu Draquşini transfer etdiyini rəsmən açıqlayıb.

Rumıniya millisinin üzvü ilə 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb.

21 yaşlı futbolçu Premyer Liqa təmsilçisində 6 nömrəli formanı geyinəcək. Bu transferə görə İtaliya klubuna 30 milyon avro ödənilib.

“Tottenhem” bugünlərdə mərkəz müdafiəçisi Erik Dayeri “Bayern”ə satıb. Radu məhz onun yerinə heyətə cəlb edilib.

Draquşin bu mövsüm “Cenoa”nın heyətində bütün turnirlərdə 22 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti