Premyer Liqada dekabr ayının ən yaxşı futbolçusu məlum oldu

12 Yanvar 2024 22:00 İngiltərə 507
Premyer Liqada dekabr ayının ən yaxşı futbolçusu məlum oldu

“Bornmut”un hücumçusu Dominik Solanke Premyer Liqada dekabr ayının ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, ötən ay forvard İngiltərə çempionatında 6 oyunda 6 qol vurub.

Solanke “Bornmut” tarixində Premyer Liqada ayın oyunçusu mükafatını alan ilk futbolçu olub.

Premyer Liqada dekabr ayının ən yaxşı futbolçusu adına Solanke ilə yanaşı, onun komanda yoldaşı Markos Senesi, həmçinin Trent Aleksander-Arnold (“Liverpul”), Mateus Cunya (“Vulverhempton”) və Mohammed Kudus (“Vest Hem”) iddialı idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti