19 yaşlı türk istedadla 4,5 illik müqavilə imzaladı - Premyer Liqa klubu

12 Yanvar 2024 21:40 İngiltərə 987
19 yaşlı türk istedadla 4,5 illik müqavilə imzaladı - Premyer Liqa klubu

İngiltərə Premyer Liqa təmsilçisi “Brentford” Türkiyənin U-21 millisinin üzvü Yunus Emre Konakı heyətinə cəlb edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

18 yaşı bu il yanvarın 10-da tamam olan dayaq yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.

Yunus Emre Konak “Sivasspor”un yetirməsidir. O, 2023/24 mövsümündən əsas komandada çıxış etməyə başlayıb.

Bu mövsüm Super Liqada 17 oyunda meydana çıxan gənc futbolçu 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti