Haland “Mançester Siti”dən “Barselona”ya keçəcək?

11 Yanvar 2024 00:20 İngiltərə 807
Haland “Mançester Siti”dən “Barselona”ya keçəcək?

Erlinq Haland “Mançester Siti”ni tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu yayda “Barselona”ya keçəcək.

Kataloniya təmsilçisinin forvard üçün 100 milyon avro ödəyəcəyi də vurğulanıb.

Haland 2022-ci ilin yayında Almaniyanın “Borussiya” (Dortmund) klubundan “şəhərlilər”ə keçib. O, cari mövsümdə bütün turnirlərdə 22 oyunda 19 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti