Ləğv edilən qırmızı vərəqə səs-küy yaratdı – QALAMAQALIN VİDEOsu

10 Yanvar 2024 18:20 İngiltərə 521
Ləğv edilən qırmızı vərəqə səs-küy yaratdı – QALAMAQALIN VİDEOsu

İngiltərə Futbol Assosiasiyasının ölkə kubokunda keçirilən “Kristal Pelas” – “Everton” (0:0) matçı ilə bağlı verdiyi qərar böyük müzakirələrə səbəb olub.

Sportinfo.az xəbər verir ki, assosiasiya qarşılaşmanın 79-cu dəqiqəsində Liverpul klubunun futbolçusu Dominik Kalvert-Lyuinin qırmızı vərəqəsi ləğv edilib.

Baş hakim Kris Kavananın qərarının səhv olduğu açıqlanıb.

“Everton” klubu bununla bağlı apelyasiya şikayəti vermişdi.

Bu qərarın böyük müzakirələr yaratmasının səbəbi isə hakimin VAR-a baxdıqdan sonra qırmızı vərəqəni göstərməsidir. Nəticədə İngiltərə mətbuatında VAR sistemi böyük tənqidlərə tuş gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti