“Cenoa”nın müdafiəçisi Radu Draqusin “Tottenhem”ə keçə bilər.
Sportinfo.az xəbər verir ki, London klubu rumıniyalı futbolçu üçün İtaliya klubuna rəsmi təklif göndərib.
Təklifin 25 milyon avro dəyərində olduğu bildirilir.
Draqusin bu mövsüm komandanın heyətində 19 matç keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

