COP29

“Həmişə şikayətlərim ola bilər, amma nəticədən və oyundan razıyıq"

8 Dekabr 2023 00:10 İngiltərə 237
“Həmişə şikayətlərim ola bilər, amma nəticədən və oyundan razıyıq"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 15-ci turunda “Çelsi” üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis oyundan razı qaldığını bildirib:

“Həmişə şikayətlərim ola bilər, amma nəticədən və oyundan razıyıq. Meydanda ilk 30 dəqiqədə hər şey bizim xeyrimizə oldu.

Amma qol buraxmağa ehtiyac yox idi. Biz inkişaf etməliyik. Düzgün istiqamətdə hərəkət edirik.

Maktominey çox yaxşı oyunçudur. O, Antoni ilə birgə “Çelsi”ni dayandırdı. İki qol vurdu və daha çox qol vura bilərdi”.

“Qırmızı şeytanlar” 15 turdan sonra 27 xalla 6-cı yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"