
“Tottenhem”in hücumçusu Son Hın Min “Mançester Siti” ilə heç-heçədən (3:3) sonra emosiyalarını bölüşüb.
Sportinfo.az xəbər verir ki, cənubi koreyalı futbolçu öz oyunları ilə fəxr etdiyini bildirib:
“Bizə futbolu sevdirən belə oyunlardır. “Mançester Siti”yə qarşı çıxışımızla fəxr edirəm. Biz son ana qədər özümüzə inandıq”.
31 yaşlı futbolçu sentyabr ayında Premyer Liqanın ən yaxşı oyunçusu seçilmişdi.