Reşford Ronaldonu arxada qoydu

17 Mart 2023 22:00 İngiltərə 264
Reşford Ronaldonu arxada qoydu

Avropa Liqasının 1/8 final mərhələsinin "Betis"lə səfər matçı ( 1:0) "Mançester Yunayted" in hücumçusu Markus Reşford üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı forvard mankunyanların heyətində avrokuboklarda 25-ci qolunu vurub.

O, komandanın sabiq oyunçusu Kriştiano Ronaldonu (24 qol) geridə qoyub. Reşford bunlardan 13-nü Avropa Liqasında, 12-ni isə UEFA Çempionlar Liqasında vurub.

Qeyd edək ki, "Mançester Yunayted"də bu göstəricidə mütləq rekord Ueyn Runiyə (39 qol) məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti