
Mançester Siti" hücumçusu Xulian Alvareslə müqavilə müddətini artıracaq.
Sportinfo.az xəbər verir ki, "şəhərlilər" argentinalı ilə yeni müqavilə məsələsində ötən həftə razılıq əldə edib.
Yeni müqaviləyə əsasən Argentina millisinin hücumçusu 2028-ci ilin yayına qədər Mançester klubuna məxsus olacaq.
Futbolçunun maaşı da ikiqat artırılacaq. 23 yaşlı futbolçunun Mançester klubu ilə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-a qədərdir.
Alvares 2022-ci ildə “River Pleyt”dən “Mançester Siti”yə keçmişdi.