Millimizə qarşı oynayacaq yarımmüdafiəçi "Liverpul"a keçir

22 Noyabr 2022 10:20 İngiltərə 567
Millimizə qarşı oynayacaq yarımmüdafiəçi "Liverpul"a keçir

“Liverpul” “Leypsiq”in yarımmüdafiəçisi Konrad Laymerlə maraqlanır.

Sportinfo.az xəbər verir ki, Merisayd klubu transferi qışda həyata keçirmək niyyətindədir.

Yarımmüdafiəçi yanvarda zədədən sonra meydana qayıtmalıdır. Laymerin “Leypsiq”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

O, Almaniya təmsilçisi ilə müqaviləsini yeniləməkdən imtina edib. 25 yaşlı futbolçu “Lieferinq”, “Zalsburq”da oynadıqdan sonra 2017-ci ildə “Leypziq”ə keçib. Futbolçu 2019-cu ildən Avstriya millisinin üzvüdü.

Avstriya AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanın rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Dekabr 18:10 Çək və bizə göndər!
24 Dekabr 04:00 Mükafatlarını aldılar