Ronaldo indi də Almaniya nəhənginə keçir?

18 Noyabr 2022 15:20 İngiltərə 534
Ronaldo indi də Almaniya nəhənginə keçir?

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo karyerasını Almaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı portuqaliyalının agenti Jorje Mendeş ötən həftə “Bayern”in nümayəndələri ilə görüş keçirib.

Sadio Manenin zədələnməsi səbəbindən Münhen klubunun rəhbərliyi Ronaldo ilə maraqlanmağa davam edir.

Ronaldo bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti