“Ronaldo satıla bilər, motivasiyasından razı deyiləm"

16 Avqust 2022 18:40 İngiltərə 605
“Ronaldo satıla bilər, motivasiyasından razı deyiləm"

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Kriştiano Ronaldo ilə bağlı hazırladığı hesabatı klub rəhbərliyinə təqdim edib.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis ulduz futbolçunun performasından məmnun qalmadığını və onun satılmasına razılıq verdiyini bildirib.

Erik ten Haq portuqaliyalı hücumçunun Premyer Liqanın ilk iki turunun "Brayton" və "Brentford"la matçlardakı oyunundan sonra klub rəhbərliyinə "Motivasiyasından razı deyiləm. Satıla bilər" mesajını verib.

Kriştiano son mövsümdə "Mançester Yunayted"in heyətində bütün turnirlərdə meydana çıxdığı 49 matçda 32 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti