Paytaxt klubu 60 milyon avroluq təklif irəli sürdü, “yox” cavabı aldı

15 Avqust 21:40 İngiltərə 334
Paytaxt klubu 60 milyon avroluq təklif irəli sürdü, “yox” cavabı aldı

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, London təmsilçisinin əsas transfer hədəfi "Everton"un yarımmüdafiəçisi Antoni Qordondur.

İngiltərə mətbuatının yazdığına görə, "zadəganlar" 21 yaşlı futbolçu üçün Liverpul təmsilçisinə 60 milyon avroluq rəsmi təklif göndərib.

Lakin "Everton" rəhbərliyi gənc futbolçu üçün gələn təklifi rədd edib və Qordonu satmaq niyyətində olmadıqlarını bildiriblər.

Antoni Qordon "Everton"un yetirməsidir. Gənc yarımmüdafiəçi 2021-ci ilin qışından əsas komandada çıxış edir.

İngiltərəli futbolçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 40 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 13:40 Bu imza uğur gətirir!
28 Sentyabr 01:10 Samir Əliyev: "Çətindir"
28 Sentyabr 00:40 "Bunu etməyə məcbur idik"
28 Sentyabr 00:10 "Yuventus" satmaq istəmir