"Ronaldo bizimlədir" - "Mançester Yunayted"in baş məşqçisi sevincək oldu

6 Avqust 2022 01:40 İngiltərə 1 335
"Ronaldo bizimlədir" - "Mançester Yunayted"in baş məşqçisi sevincək oldu

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 1-ci turunun oyunu öncəsi futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, portuqaliyalı hücumçu ilə bağlı deyib:

"Onun bizimlə olmasına sevinirəm. “Mançester Yunayted”in yüksək səviyyəli hücumçusu var. O bizimlədir. O komandadadır."

Mütəxəssis Ronaldonun ilk turda "Brayton"la görüşdə oynayıb-oynamayacağı ilə əlaqədar sualı isə belə cavablandırıb: "Bazar günü görəcəksiniz".

"Mançester Yunayted" Premyer Liqanın 1-ci turunda avqustun 7-də doğma meydanda “Brayton”la qarşılaşacaq.

Bundan əvvəl Ronaldonun ilk tura qədər klubdan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...