"Biz nə istədiyimizi bilirik, söhbət təkcə transferlərdən getmir"

5 Avqust 2022 02:00 İngiltərə 385
"Biz nə istədiyimizi bilirik, söhbət təkcə transferlərdən getmir"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubun transfer siyasəti ilə bağlı fikirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı düzgün oyunçularla müqavilə bağlamaq lazım olduğunu deyib:

“Biz nə istədiyimizi bilirik. Söhbət təkcə transferlərdən getmir, düzgün oyunçularla müqavilə bağlamaq lazımdır.

Transferləri həqiqətən, diqqətlə planlaşdırırıq və buna ciddi şəkildə baxırıq. Bütün bunlar qalib gələ biləcək bir komanda yaratmaq üçün lazımdır”.

“Mançester Yunayted” son mövsümdə İngiltərə Premyer Liqasını 6-cı yerdə bitirib.

Digər Xəbərlər
Xəbər Lenti