Premyer Liqa klubu Portuqaliya millisinin yarımmüdafiəçisini aldı

5 İyul 2022 00:20 İngiltərə 1 086
Premyer Liqa klubu Portuqaliya millisinin yarımmüdafiəçisini aldı

"Fulhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lissabon “Sportinq”inin yarımmüdafiəçisi Joao Palinyanı transfer edib.

Bu barədə “bağbanlar”ın mətbuat xidməti məlumat yayıb.

Portuqaliya millisinin 26 yaşlı futbolçusu ilə klub arasında 5+1 illik müqavilə imzalanıb. “Fulhem”in bu transfer üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcəyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu