“Mən Ronaldonun “Mançester Yunayted”də qalacağına yüz faiz əminəm"

18 May 2022 00:20 İngiltərə 512
“Mən Ronaldonun “Mançester Yunayted”də qalacağına yüz faiz əminəm"

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Kriştiano Ronaldonun İngiltərə klubundakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Ferdinand portuqaliyalı hücumçunun “Mançester Yunayted”də qalacağına əmin olduğunu deyib:

“Mən Ronaldonun “Mançester Yunayted”də qalacağına yüz faiz əminəm. O, azarkeşlərə, gənc oyunçulara təsir edəcək və yeni baş məşqçi Erik ten Haqa komanda mədəniyyətini yenidən qurmağa kömək edəcək.

Yeni baş məşqçi ideyalarını konkret oyunçular vasitəsilə həyata keçirəcək və Kriştiano da onlardan biri olacaq. O, fədakar, çalışqan və xarakterlidir”.

37 yaşlı portuqaliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə “Mançester Yunayted”in heyətində 38 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada