“Bu, bir çay içərək həll ediləcək bir şey deyil” - SÖHBƏT UZANIR

8 Dekabr 2021 01:40 İngiltərə 883
“Bu, bir çay içərək həll ediləcək bir şey deyil” - SÖHBƏT UZANIR

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Məhəmməd Salah haqda danışıb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis misirli futbolçunu “Liverpul”da saxlamaq istədiklərini deyib:

“Salahın müqaviləsini uzatmaq üçün çalışırıq. Bu, bir çay içərək həll ediləcək bir şey deyil. İşlərimiz davam edir”.

Salahın adı “Barselona” ilə hallanır. 29 yaşlı oyunçunun “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM