"Onu hələ burada gözümə sataşana qədər qadağan etmişdim"

19 Noyabr 2021 15:20 İngiltərə 509
"Onu hələ burada gözümə sataşana qədər qadağan etmişdim"

“Aston Villa”nın yeni baş məşqçisi Stiven Cerrard bir sıra qadağalar tətbiq edib.

Sportinfo.az xəbər verir ki, onun qadağalarından futbolçuların qida rasionuna da “pay” düşüb.

Cerrard futbolçulara ketçupu qadağan edib. O, komandanın oyun fəlsəfəsi haqda danışarkən bu qərarına da aydınlıq gətirib:

“Bizə heyəti analiz etmək lazımdır. İnanıram ki, inkişaf edəcəyik və daha da güclü olacağıq.

Komandanın əsas oyun fəlsəfəsi topa sahibolmaya əsaslanacaq. Belə oyun modelinə tam şəkildə keçmək üçün isə zamana ehtiyacımız var.

Ketçup? Onu hələ burada gözümə sataşana qədər qadağan etmişdim. Futbolçuların sağlam mentaliteti olmalıdır.

Hər şey etməlidirlər ki, intizama əməl olunsun. Yalnız bir məqsədləri olmalıdır - ən yaxşı olmaq üçün çalışmaq”.

Digər Xəbərlər
Xəbər Lenti