Daha bir ünlü məşqçi Premyer Liqa klubuna “yox” dedi

17 Oktyabr 2021 15:40 İngiltərə 782
Daha bir ünlü məşqçi Premyer Liqa klubuna “yox” dedi

Zinəddin Zidan “Nyukasl”dan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Premyer Liqa təmsilçisi Zidana baş məşqçilik təklif etsə də, fransalı mütəxəssisin cavabı “yox” olub.

“Nyukasl” daha əvvəl italyan mütəxəssis Antonio Konteyə də təklif göndərmiş, lakin rədd cavabı almışdı. Premyer Liqa təmsilçisini hazırda Stiv Bryus çalışdırır.

“Nyukasl” klubunun səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. Fondun sərvəti 434 milyard avrodan çoxdur.

Digər Xəbərlər
Xəbər Lenti