Premyer Liqa klubunun qapıçısı onu tənqid edənləri “axmaq” adlandırdı

16 Oktyabr 2021 01:38 İngiltərə 660
Premyer Liqa klubunun qapıçısı onu tənqid edənləri “axmaq” adlandırdı

“Liverpul”un qapıçısı Loris Karius 2018-ci ildə Çempionlar Liqasının “Real”la final matçında etdiyi səhvlərə görə onu tənqid edənlərə cavab verib.

Sportinfo.az xəbər verir ki, almaniyalı “Liverpul”un bəzi azarkeşlərini axmaq adlandırıb:

“Sosial şəbəkədə bəzi axmaqlar var. Onlar heç vaxt həqiqi azarkeş olmayıb. “Liverpul” azarkeşləri nə olur olsun, hər zaman futbolçunun arxasında durur”.

“Liverpul” 2018-ci ildə ÇL-in finalında “Real”a 1:3 hesabıyla məğlub olub. Mersisayd təmsilçisinin qapıçısı Karius sözügedən oyunda iki ciddi səhvə yol verib.

Digər Xəbərlər
Xəbər Lenti