Ronaldo Ferqyusonu necə “mat” edib? – Öz dilindən eşidək

27 Sentyabr 2021 18:20 İngiltərə 935
Ronaldo Ferqyusonu necə “mat” edib? – Öz dilindən eşidək

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson Kriştiano Ronaldo ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Ferqyuson portuqaliyalı ulduzun işə münasibətinin ideal olduğunu deyib.

O, hücumçu ilə bağlı bir hadisəni də danışıb: “Yadımdadır, şənbə günü “Arsenal”la qarşılaşacaqdıq. Gündüz məşq zamanı güclü yağış yağdı.

Ronaldoya dedim ki, bilirəm, məşqdən sonra da qalıb işləyirsən, amma indi buna ehtiyac yoxdur. Meydan yaşdır, sabah isə oyunumuz var, zədələnə bilərsən.

Bunu dedim və ofisə yollandım. Amma pəncərədən onu izləyirdim. Gördüm ki, Kriştiano təbii meydandandan süni meydana keçdi.

Mənim heç bir arqumentim qalmadı. Ona nə deyə bilərdim ki? Ronaldo məni “mat” etdi, mənə qalib gəldi”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?