Ayrılmaq fikrini “instagram”da açıqladı: “Ehtiyacım olan komandaya getmək istəyirəm”

3 Sentyabr 2021 00:14 İngiltərə 673
Ayrılmaq fikrini “instagram”da açıqladı: “Ehtiyacım olan komandaya getmək istəyirəm”

“Arsenal”ın futbolçusu Enzli Meytlend-Nayls klubu tərk etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə 24 yaşlı yarımmüdafiəçi “instagram” hesabında paylaşım edib.

O, paylaşımında daha çox şans qazanacağı bir komandada çıxış etmək istədiyini bildirib:

“Ehtiyacım olan, oynaya biləcəyim bir komandaya getmək istəyirəm”.

Enzlinin “Arsenal”la müqaviləsi 2023-cü ilin yayına qədərdir. İngilis futbolçu bu mövsüm Premyer Liqada 1 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM